Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:41

Oğrulardan qorumaq üçün kartof sahəsini minaladı


Rusiyada Uzaq Şərqdə bir kəndli öz kartof sahəsini qorumaq üçün sahənin ətrafını minalayırmış. 73 yaşlı Aleksandr Skopintsev sahəsindən kartof oğurlandığını gördükdə qəzəblənib, sahənin ətrfaına duz dolu partlayıcı maddələr basdırıb.

Onun tələsinə qonşularından biri düşərək yaralanıb.

İndi bu qocanı partlayıcı maddələrin qanunsuz hazırlanması və saxlanmasında ittiham edirlər. Özü isə israrla soruşur ki, qonşunun onun ərazisində nə işi var idi?
XS
SM
MD
LG