Çin prezident Barak Obamanı Tibetin dini lideri Dalay Lama ilə görüşməkdən dərhal imtina etməyə çağırıb.
Dünən Ağ Ev ABŞ prezidentinin Dalay Lama ilə görüşünün planlaşdırıldığı tarixi açıqlamışdı. Görüş fevralın 18-də Ağ Evdə baş tutmalıdır.
Dalay Lamanın Tibetin Çindən ayrılmasına çalışdığını bildirən rəsmi Pekin həmin görüşün iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da pisləşdirəcəyini bildirir.