Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:48

Regionda gəncləri işlə təmin etmək üçün yeni layihə başlayır


Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə «Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək» adlı layihənin icrasına start verib.

Bu haqda Gənclər üçün Təhsil Mərkəzinin fevralın 12-də yaydığı press-relizdə bildirilir.

Əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etmək olan layihə 10 regionda həyata keçirilir.

Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edən layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutub.

Belə ki, layihə çərçivəsində həmin gənclər üçün müxtəlif təlim proqramlarının və məsləhət xidmətinin təşkili nəzərdə tutulub.

Layihə başladığı vaxtdan günə kimi nəzərdə tutulan fəaliyyətlərlə birbaşa olaraq 1400 region gəncini əhatə edə bilib.

Təlim proqramlarında region gəncləri üçün iş tapmağın yolları, iş üçün müraciət qaydaları, müvafiq sənədlərin hazırlanması qaydaları, intervyularda iştirak və davranış qaydaları, ünsiyyət qurmaq bacarığı və s. mövzular tədris edilir.

Eyni zamanda təlim proqramları zamanı istifadə edilən zəruri bilgilər vahid ədəbiyyat halında tərtib edilərək, region gənclərinə paylanılır.

Layihə çərçivəsində yaxın günlərdə əlavə olaraq «İnformasiya təminatı və məlumat xidməti» də yaradılacaq və bununla da layihə benefisiantlarının fərdi qaydada məsləhət və informasiya almasına kömək ediləcək.
XS
SM
MD
LG