Bu gün Kanadanın Vankuver şəhərində 2010-cu il qış olimpiadasının açılışı olacaq. Olimpiya məşəli dünən artıq şəhərə gətirilib. Məşəli açılış mərasiminin keçiriləcəyi stadiona gətirənlər arasında Kaliforniyanın qubernatoru Arnold Şvarsneqqer də olacaq.
Hər 4 ildən bir keçirilən qış olimpiadasında bu dəfə 80-dən artıq ölkəni təmsil edən 5 mindən çox atlet mübarizə aparacaq. Azərbaycan 2 idmançı ilə - isveçrəli Sedrik Notzla və italiyalı Qaya Bassani Antivari ilə təmsil olunacaq. Onlar dağ xizəkçiliyi növündə mübarizə aparacaqlar.
Yarışlar 17 gün davam edəcək.