Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 18:15

Bu gün bloqqerlərin apelyasiya şikayətinə baxılacaq


Bu gün Bakı Apelyasiya Məhkəməsində bloqqerlər – Emin Milliylə Adnan Hacızadənin apelyasiya şikayətiylə bağlı növbəti məhkəmə prosesi keçiriləcək.

Apelyasiya şikayəti ilə bağlı ilkin məhkəmə baxışında vəkillər həbs qəti-imkan tədbirinin dəyişdirilməsini, bunun qarşılığında bloqqerlərin hər biri üçün 5 min manat girov qoymaq istəsələr də, hakim vəsatəti qəbul etməmişdi. Bundan sonra isə məhkəmə prosesi bir neçə dəfə təxirə salınmışdı.

Birinci instansiya məhkəməsi Emin Millini 2 il yarım, Adnan Hacızadəni 2 il müddətinə azadlıqdan məhrum edib. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmir, həbslərinin sifarişli olduğunu deyirlər.

XS
SM
MD
LG