Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:05

Eyni torpaq üç adama satılıbmış?


2008-ci ilin noyabrına qədər Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhər 3 saylı ərazi şöbəsində baş məsləhətçi işləmiş Oruc Orucov Komitədə rüşvətin, korrupsiyanın baş alıb getdiyini deyir.

Bildirdiyinə görə o, özü də Komitədə işlədiyi vaxt ev tikdirmək üçün tarpaq almaq istəyib. Sabunçu rayonunun Ramana qəsəbəsində üç hektara yaxın torpağın özəlləşdirilməsində iştirak etmək üçün 38 min 500 manat pul ödəyib. Pulu Komitənin sədr müavini Rafiq Cəlilova verdiyini deyən Oruc Orucov buna görə qəbz də alıb.

Amma bir müddət sonra aydın olub ki, torpağın özəlləşməsində iştirak edən digər payçılar hələ bir il əvvəldən həmin torpağa görə 150 min manat pul ödəyiblər. Onlar da pulu sədr müavininə verdiklərini bildiriblər. Çox çək-çevirdən sonra həmin payçılar Oruc Orucova yalnız altı sot torpaq verə biləcəklərini deyib.

Oruc Orucov


Pulu əldən gedən və torpaq ala bilməyən Oruc Orucov Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə müraciət edib. Bu İdarənin araşdırmasında isə məlum olub ki, həmin torpaq nə Oruc Orucovun, nə ora 150 min manat vermiş digər payçıların deyilmiş. Torpaq əslində Adəm Qasımov adlı başqa bir adamın adına özəlləşdilibmiş.

Komitənin sədr müavini Rafiq Cəliov Oruc Orucovun dediklərinin şər-böhtan olduğunu bildirir. Deyir o, həmin şəxsi bir iki dəfə iclaslarda kənardan-kənara görüb. Rafiq Cəlilov Oruc Orucovun da ona pul vermədiyini və şər atdığını deyir.

Bu əhavalat haqqında geniş məlumatı burada dinləyin.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG