Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 23:18

Yevlax məktəblərində nə baş verir?


«Salam! Mən bu məktubu Yevlax rayonundan yazıram. Orta məktəbdə müəllim işləyirəm.

Bir ay bundan əvvəl Maliyyə Nazirliyinin əməkdaşları rayonun təhsil və tibb müəssisələrində yoxlama apardılar. Onlar yoxlamanı qurtarıb Bakıya qayıdan kimi rayon məmurları sözün əsl mənasında müəllim və tibb işçilərinə zülm edirlər. Hər bir müəllim və tibb işçisinin halal əmək haqqından 70 faizini əllərindən alırlar. İş o yerə çatıb ki, məktəblərdə işləyən xadimənin də 80 manat əmək haqqını əlindən alıblar.

Rayonun kəndlərindən adlığımız başqa bir məktub:

«Maaşların 70 faizini müəllimlərdən alırlar. Kartlara nəzarət edirlər. Hətta xadimələrin maaşlarının 70 faizi tutulur. Təkcə bizim kənd məktəbinə qoyulan plan 6 min manat idi».

Bu şikayətlər və məktəb direktoralarının izahı haqqında daha ətraflı "Korrupsiometr" saytında oxuyun.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG