Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:10

Yanukoviç Timoşenkonu işdən çıxara bilmir...


Ukraynadakı prezident seçkilərində rusiyayönümlü namizəd, Regionlar Partiyasının sədri Viktor Yanukoviçin qalib elan edilməsi hələ o demək deyil ki, onun rəqibi, baş nazir Yuliya Timoşenko “hökumətini də götürüb” vəzifədən gedəcək.

Məsələ burasındadır ki, 2004-cü ildə Konstitusiyaya edilən dəyişikliyə görə, baş naziri parlament seçir.

Parlament isə heç də Yanukoviçin tam nəzarətində deyil. Son parlament seçkilərində Timoşenkonun partiyası xeyli mandat qazanıb.

Baş nazir seçkisi üçün 226 səs tələb olunur. Yanukovçin partiyası isə özünün 170 deputatı ilə nəyəsə nail ola bilməz. İndi Regionlar Partiyası gərək parlamentdə öz tərəfinə əlavə qüvvələr cəlb etsin.

Bunlar kommunistlər və seçkilərin son mərhələsində Yanukoviçlə işbirliyinə getmiş prezident Yuşşenkonun parlamentdəki tərəfdarları ola bilər.

Amma hətta bu “səfərbərliyin” də Yanukoviçə lazımi 226 səs toplamağa imkan verəcəyi sual altındadır.

YANUKOVİÇİN HƏLƏ Kİ YALNIZ "ÇAĞIRMAĞA" GÜCÜ ÇATIR

Yanukoviç bu günlərdə baş nazirə müraciət edib.

"Mən rəsmi şəkildə baş nazir Timoşenkonu istefa verməyə və müxalifətə keçməyə çağırıram. Mən həmçinin koalisiya üzvlərini koalisiyanı ləqv etməyə çağırıram ki, mən yeni hökumətin formalaşdırılması üçün müxtəlif fraksiyalarla danışıqlara başlaya bilim”.

Yanukoviçin seçki qərargahının rəhbəri Boris Kolesnikov onu da deyib ki, əgər öz xoşuyla istefa verməsə belə, baş nazir vəzifədən getməli olacaq və Yanukoviç yeni baş nazir tapacaq.

Timoşenko isə bu gün heç nə olmamış kimi hökumətin iclasını keçirib və nazirlərlə səhiyyə və digər sosial problemləri müzakirə edib. O gələcək planları haqda heç nə deməyib.

Sadəcə öz çıxışında Timoşenko Regionlar Partiysını tənqid edib, tarixə ekskurs edib - deyib ki, bir müddət əvvəl parlament seçkiləri ərəfəsində əhalinin sosial vəziyyətini düzəltmək vədləri versə də, Regionlar Partiyası həmin vədlərə əməl etmək üçün parlamentdə heç nə etməyib.

Seçkinin ilkin nəticələri elan ediləndən və Yanukoviçin böyük ehtimalla prezident kürsüsünə sahiblənəcəyi bəlli olandan bəri 3 gün idi ki, Timoşenkodan səs-soraq yox idi.

TİMOŞENKO HAQDA ŞAYİƏ

Hətta Kiyev küçələrində insanlar öz aralarında zarafat eləməyə başlamışdılar ki, yəqin Timoşenko bərbərxanaya gedib və seçkidən sonrakı dövr üçün özünə təzə saç düzümü axtarır.

Narıncı inqilab zamanı Timoşenko saç düzümünü dəyişmişdi və saçını hörmüşdü.

Timoşenkonun tərəfdarları bəzi bölgələrdə seçkinin saxtalaşdırıldığını bildirirlər, məsələn Krımda, eləcə də Donetsk və Luqansk vilayətlərində.

Beynəlxalq müşahidəçilər isə seçkini ədalətli adlandırıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG