Fevralın 11-də Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin evinin qarşısında qətlə yetirilməsindən bir il ötür. İstintaqçılar generalın qətlinə görə çoxlu sayda şəxsi dindirsələr də, qatil və qətlin səbəbləri hələ də müəyyən edilməyib. Mərhumun həyat yoldaşı Dəstəgül xanım deyir ki, istintaqla bağlı bildikləri elə jurnalistlərin bildiyi qədərdir. Çünki istintaqın gedişatı barədə ailəyə heç bir məlumat verilmir:
«BİR İLDİR GÖZLƏYİRİK»
«Bir ildir gözləyirik qatillərdən xəbər versinlər. Heç bir xəbər yoxdur. Mən nə deyə bilərəm».
Bu qətlə görə saxlanılıb başqa ittihamlarla həbs cəzası alan da var. Bu, generalın yaşadığı binanın keçmiş mühafizəçisi Elşən Eyvazovdur. Onu istintaqçılar Rail Rzayevin qətlinə görə dindiriblər. Vəkili Xalid Bağırov deyir ki, Elşən 9 ay həbsdə saxlanılandan sonra onu qətlə aidiyyatı olmayan ittihamlarla mühakimə ediblər:
«General Rail Rzayevin qətli ilə bağlı şübhəli bilinərək saxlanılıb. Onu həbsdə saxlamaq üçün maşınına narkotik vasitə ataraq həbsə alıblar. Generalın qətli ilə bağlı təqsiri sübuta yetirilmədiyindən məcburiyyət qarşısında qalaraq digər saxta ittihamlar da əlavə edərək onu məhkəməyə veriblər ki, bir il ərzində qanunsuz saxlanmasını ört-basdır eləsinlər».
Elşən Eyvazov narkotik maddə saxlamaqda, dələduzluqda və sənədlərin saxtalaşdırılmasında ittiham olunaraq 3 il 6 yarım həbsə məhkum edilib.
Generalın həyat yoldaşı Dəstəgül xanımsa istintaqçılar tərəfindən qətlə aidiyyatı olmayan adamların dindirilməsindən xəbərsiz olduğunu deyir:
«Mən heç kimi günahlandırmıram, heç bilmirəm də onlar kimdir, kimlər saxlanılıb» .
RAİL RZAYEVİN QƏTLİ QALIB BİR KƏNARDA…
«Təəssüf ki, həmin cinayət açılmadığı halda həmin cinayətin törədilməsi ilə əlaqədar olaraq əsassız və qanunsuz bir neçə vətəndaş cinayət məsuliyyətinə cəlb edilib. Rail Rzayevin qətli qalıb bir kənarda, başqa-başqa insanları guya digər cinayətlərə görə həbs edirlər».
Bunu isə Hüquqi Dövlət Araşdırmaları Fondunun rəhbəri Müzəffər Baxışov deyir. Ekspert hesab edir ki, qətlə aidiyyatı olmayan adamların saxlanılması ictimaiyyətdə çaşqınlıq yaratmaq, diqqəti mətləbdən yayındırmaq məqsədi güdür.
Yeri gəlmişkən, Rail Rzayevin köməkçisi olmuş Aydın Rəfiyevlə oğlu Anar da həbsdədir. Həmin vaxt Baş Prokurorluğun yaydığı rəsmi məlumatda qeyd olunurdu ki, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yaradılmış istintaq qrupunun üzvləri Aydın Rəfiyevin hərbi şəhərcikdə yerləşən mənzilinə və maşınına baxış keçiriblər. Maşından general Rail Rzayevə məxsus 1 ədəd qış gödəkcəsi və generalın xidməti avtomobilinin dövlət nömrə-nişanı aşkar edilib. Atayla oğul ötən ilin aprel ayında həbs olunublar.
Anar Rəfiyevin vəkili Aslan İsmayılov mətbuata istintaqda çoxlu qanun pozuntularının olduğunu desə də, artıq bu barədə danışmaq istəmir. Çünki vəkilin danışması həbsdə olan Rəfiyevlərə təzyiqlərin artması ilə nəticələnir.
YA İSTİNTAQÇILAR QEYRİ-PEŞƏKARDIR, YA DA HADİSƏNİN BAĞLI QALMASINDA MARAQ VAR
Hüquqşünas Müzəffər Baxışov deyir ki, qətlin üstünü nəinki bir il ərzində, hətta qətlin ilk günlərində də açmaq mümkün idi. Onun fikrincə, ya istintaqçılar qeyri-peşəkardır, ya da hadisənin bağlı qalmasında maraq var:
«Bir il keçməsinə, hadisəni görən insanların olmasına, hadisə yerində videogörüntü imkanlarının olmasına baxmayaraq, həmin qətl hadisəsi indiyə kimi açılmayıb.
Hesab edirəm ki, həmin cinayət işi üzrə əgər professional səviyyədə vaxtında istintaq-əməliyyat hərəkətləri həyata keçirilsəydi, həmin cinayət işi vaxtında açılacaqdı. Ya da görünür, cinayətin açılması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müəyyən təzyiqlər var. Hadisənin törədildiyi yer, vaxt tam imkan verir ki, bir il ərzində həmin cinayət açılaydı. İndiyə kimi açılmayıbsa, ya professional səviyyəsi aşağıdır, ya da cinayət açılıb, sadəcə həmin cinayəti törədən şəxsi cinayət məsuliyyətinə cəlb etməkdən çəkinirlər».
Ekspertin fikrincə, qatilin fotorobotunun da bu günədək ictimaiyyətə açıqlanmamasında şübhəli məqamlar axtarmağa dəyər. Belə ki, hadisə yeri Beynəlxalq Bankın yaxınlığıdır və istər-istəməz bankın binasının üstündəki müşahidə kameralarına düşüb. Digər tərəfdənsə, generalın sürücüsü və hadisə yerindən keçənlər qətlin birbaşa şahidləridir. Ola bilməz ki, istintaq qrupu bir il ərzində qatilin fotorobotunu tərtib etməsin.
Baş Prokurorluğa il ərzində generalın qətli ilə bağlı saxlanılanların, dindirilənlərin sayından tutmuş az qala bir dəftərlik suallara günün sonunda aldığımız rəsmi cavabsa bundan ibarət oldu:
İSTİNTAQ SİRRİ
«Müdafiə nazirinin müavini Rail Rzayevin qəsdən öldürülməsi faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik naqirliklərinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu tərəfindən cinayətin açılması və onu törədənlərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. İstintaq sirri olduğundan onun təfərrüatları hələlik açıqlanmır».
Göründüyü kimi, Baş Prokurorluq hətta dindirilənlərin sayını belə istintaq sirri hesab edir.
Generalın ailəsi isə gözünü televizora dikib ki, bəlkə ordan nəsə xəbər əldə edə. Onun həyat yoldaşı belə deyir:
- Bir il ərzində sizə istintaqdakı hər hansı yeniliklə bağlı məlumat verilib?
- Yox, verilməyib. Mən gözləyirəm televizor vasitəsilə xəbər versinlər qatillərdən. Hər gün televizora baxıram.