Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:10

Liberman viza təklifinin detallarını açıqladı


«Azərbaycanla İsrail arasında hələlik diplomatik və xidməti vizanın ləğvi məsələsi müzakirə olunur». Bunu İsrailin Bakıda səfərdə olan Xarici İşlər naziri Avidqor Liberman fevralın 11-də Bakıda jurnalistlərə müsahibəsində deyib:

«Hər bir şey təbii axarında inkişaf etməlidir, prosesin sürətini azaltmaq və ya ona süni şəkildə diqqət yönəltmək lazım deyil. İndiki mərhələdə müzakirə olunan məqam diplomatik, xidməti pasporta malik şəxslər üçün viza rejiminin ləğv olunmasından ibarətdir. Sonrasına isə baxarıq».

İsraillə Azərbaycan arasında viza rejiminin ləğvini İsrail tərəfi təklif edib. Bir müddət əvvəl İran hökuməti Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib. Azərbaycanın məsələ ilə bağlı mövqeyi isə məlum deyil.
XS
SM
MD
LG