Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:17

Timoşenko Yanukoviçi günahlandırıb


Yuliya Timoşenko - seçkidə qələbə qazanan Viktor Yanukoviçi kompaniya vədləri ilə seçiciləri aldatmaqda günahlandırıb. Baş nazir Timoşenko Nazirlər Kabinetinin iclasında danışsa da,seçkinin nəticələrinə toxunmayıb.

Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə fevralın 7-də keçirilən prezident seçkilərində Yanukoviç qalib gəlib.

Timoşenkonun partiyası seçkinin saxtalaşdırma ilə müşayiət olunduğunu deyir.

Yanukovuç isə öz növbəsində Timoşenkonu xalqın iradəsini tanımağa və istefaya getməyə çağırıb.

Baş nazirin köməkçisi Oleksanr Turçinov hökumətin yalnız parlament seçkilərindən sonra istefaya gedəcəyini bildirib.

XS
SM
MD
LG