Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 09:44

«Quran»ı ancaq kurslarda öyrənmək olar


«Qurani-Kərim» bu ildən etibarən yalnız mütəşəkkil kurslarda öyrədiləcək Yetkinlik yaşına çatmayan uşaqlar kurslara gələndə valideynlərin razılığını təsdiq edən sənədin olması da vacibdir.

Bu barədə məlumatı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Qərb bölgəsində şöbə müdiri Firdovsi Kərimov verib. Onun sözlərinə görə, Komitə tərəfindən dini icmaların və dini mağazaların qeydiyyatı başa çatdırıldıqdan sonra «Qurani-Kərim»in öyrədilməsi məsələsinə baxılacaq:

«Hazırda «Quran» öyrənmək istəyənlər fərdi qaydada məscidlərdə təhsil alırlar. Belə halda təhsilin necə və kim tərəfindən həyata keçirilməsinə nəzarət etmək mümkün deyil. Məhz bunu nəzərə alaraq mütəşəkkil kursların təşkili vacibdir».

F.Kərimov deyir ki, «Quran» kurslarına lisenziya veriləcək və onlar bir sıra şərtlərlə fəaliyyət göstərəcəklər. Belə ki, ilk növbədə kursların keçirilməsi üçün şərait, yəni xüsusi otaqlar təşkil olunmalıdır. Həmçinin kurslarda dərs deyən müəllimlər Azərbaycan vətəndaşı olmalı və respublikada təhsil almalıdır.

F. Kərimovun sözlərinə görə, hazırda Gəncədə məsçidlərdə 5 dini təhsil alan müəllim təxminən 30 nəfərə «Quran» öyrədir.

Hazırda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində mütəşəkkil «Quran» kurslarına aid xüsusi təlimat hazırlanır.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG