Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:56

Şamaxı–İsmayıllı magistralında sürüşmə davam edir


Fevralın 10-da Muğanlı- (Şamaxı) - İsmayıllı magistral yolunun 2-ci kilometrində başlayan torpaq sürüşməsi hələ də davam edir. Bu haqda AzadlıqRadiosuna Nəqliyyat Nazirliyində katibliyin rəhbəri Namiq Həsənov məlumat verib. Həsənov deyib ki, artıq ərazidə 500 metr uzunluğunda, 12 metrlik enində olan hissəsi tamamilə dağılıb. Nazirliyin nümayəndəsi sürücülərə bu yoldan istifadə etməməyi məsləhət görür: “Artıq nazirlik dağılmış magistral yoldan yan keçməklə alternativ torpaq yolun çəkilişinə başlayıb. Ərazidə texnika işləyir”.

Muğanlı- (Şamaxı) - İsmayıllı magistral yolu Bakını ölkənin şimal-qərb regionu ilə birləşdirən əsas yoldur. Ərazidə sürüşmə zonası sayılır.
XS
SM
MD
LG