Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:13

Prezidentin əmisinin iddiası təmin edilmədi


Məhkəmə prezident İlham Əliyevin əmisi, akademik Cəlal Əliyevin iddiasını təmin etməyib.

Fevralın 10-da Nizami Rayon Məhkəməsində akademikin «Yeni Müsavat» qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxana qarşı xüsusi ittiham qaydasında iddiası üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Jurnalistin vəkili Elçin Sadıqov bildirib ki, şikayətçinin ərizəsi Cinayət prosesual məcəllənin tələblərinə cavab vermir və işin məhkəmə baxışına keçirilməsindən imtina edilməsini istəyib.

Hakim vəsatəti təmin edib.

Cəlal Əliyev iddia edirdi ki, «Yeni Müsavat» qəzetində yanvarın 5-də dərc olunan «Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, «Bakı» mehmanxanası Cəlal Əliyevin imiş» başlıqlı məqalədə ona böhtan atılıb, şərəf və ləyaqəti təhqir olunub, Azər Ayxanın həbsini istəyirdi.
XS
SM
MD
LG