Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:17

Rail Rzayevin qətlindən bir il ötür


Fevralın 11-də general-leytenant Rail Rzayevin qətlindən bir il keçir. Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı ötən il evinin yaxınlığında qətlə yetirilib. Qətl hadisəsi ilə bağlı istintaq davam edir. İstintaqı Respublika Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu aparır.

General-leytenant Rail Rzayevin qətlindən sonra onun köməkçisi Aydın Rəfiyev və oğlu Anar Rəfiyev həbs olunub, oğurluq və mənimsəmə və ya israf etmə maddələri ilə təqsirləndirilirlər. Artıq generalın həbsdə olan köməkçisi və oğlunun cinayət işinin istintaqı yekunlaşıb, yaxın günlərdə baxılmaq üçün məhkəməyə göndəriləcək.

Baş prokuror Zakir Qaralov bu ilin oktyabrında jurnalistlərə açıqlamasında bildirib ki, Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olub və ordan bəzi maddi əşyalar oğurlanıb. Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Zakir Qaralov onların məhz bu əməllərinə görə həbs olunduqlarını deyib. Baş prokuror, həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd edib.
XS
SM
MD
LG