Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Həmməruzəçilər siyasi partiya sədrləri ilə görüşüblər


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli «Turan» agentliyinə müsahibəsində «Azadlıq» blokuna daxil olan partiyaların həmməruzəçilərlə görüşdüyünü, görüşdə ölkədəki ictimai-siyasi və parlament seçkiləri öncəsi durumun müzakirə edildiyini bildirib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da görüşdə parlament seçkilərinin müzakirə obyekti olduğunu deyib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər də həmməruzəçilərlə ölkədə və regionda baş verən prosesləri, qarşıdan gələn parlament seçkilərini müzakirə ediblər.

Həmməruzəçilər fevralın 8-dən Azərbaycandadırlar, onlar görüşlərə Gəncədən başlayıblar. Fevralın 11-də Qrex və Herkelin Bakı səfəri başa çatır.
XS
SM
MD
LG