Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 12:26

Nazirlə deputat AzadlıqRadiosunun araşdırmasını müzakirə edib


Nazim Məmmədov
Nazim Məmmədov
Gədəbəy –Tovuz seçki dairəsindən deputat Nazim Məmmədov AzadlıqRadiosunun müxbiri Babək Bəkirin Gədəbəy Qızıl-Mis Emalı Zavodunun tullantılarının yerli əhali üçün törətdiyi təhlükədən bəhs edən araşdırmasını Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovla müzakirə edib.

Bu haqda AzadlıqRadiosuna Gədəbəy-Tovuz dairəsindən deputat Nazim Məmmədov məlumat verib:

«QIZIL ÜSTÜNDƏ YAŞAYAN GƏDƏBƏYLİLƏR...» başlıqlı araşdırmada Gədəbəy sakinləri deyiblər ki, Gədəbəy Qızıl-Mis Emalı Zavodunun tullantıları zavodun yaxınlığında Sarıyol çayına qarışır və əhalinin həyatı üçün təhlükə törədir».

Deputat Nazim Məmmədov bildirib ki, AzadlıqRadiosunun araşdırması dərc olunandan sonra o, burada səslənən məlumatların doğruluğunu yoxlamaq üçün araşdırmalara başlayıb və nazirliyə deputat sorğusu göndərib:

«Nazirlə mənim mövqeyim bu məsələ ilə bağlı üst-üstə düşdü. AzadlıqRadiosunun araşdırmasındakı məlumatları araşdırmaq lazımdır. Təklif etmişəm ki, ərazidə əlavə ekoloji ekspertiza keçirilsin».

Nazim Məmmədov bildirir ki, araşdırmalar başa çatandan sonra o, nəticə haqda prezident İlham Əliyevə məlumat vermək niyyətindədir:

«Bizim məqsədimiz heç də yanlış anlaşılmasın. Məqsədimiz heç də o deyil ki, zavod fəaliyyətini dayandırsın, ya da onun işinə hansısa zərər gəlsin, sadəcə olaraq, əgər əhali üçün doğrudan da belə təhlükə varsa, onun qarşısını almaq lazımdır».

Nazim Məmmədov hadisəni yerində araşdırmaq üçün fevralın 9-da Gədəbəy rayonuna yola düşüb.
XS
SM
MD
LG