Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Sarkisyan azərbaycanlıların etirazı ilə qarşılaşıb


Böyük Britaniyada işgüzar səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanın Londondakı “Chatham House” beynəlxalq münasibətlər institutunda çıxışı olub.

Yerli Azərbaycan diasporasının üzvləri institutun binası qarşısında etiraz aksiyası keçiriblər.

Sarkisyanın korteji binaya yaxınlaşarkən azərbaycanlılar “Azərbaycan torpaqlarını qaytarın!”, “Xocalıya ədalət!” şüarları qışqırıblar.

Sarkisyanın çıxışında Cənubi Qafqazın təhlükəsizliyindən danışıb, danışıb, Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistan-Türkiyə münasibətlərinin inkişafına toxunub.
XS
SM
MD
LG