Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:58

«Rusiyaya qarşı döyüşmək təklif olunanda əlüstü razılıq verdim»


Kabardin-Balkarda hərbi əməliyyat, 17 oktyabr 2005
Kabardin-Balkarda hərbi əməliyyat, 17 oktyabr 2005
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə radikal dini təmayüllü dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə və digər bir sıra ağır cinayətlərdə ittiham olunan 31 nəfər Azərbaycan vətəndaşının məhkəməsi davam edir. Məhkəmə iclasına hakim Azər Orucov sədrlik edir.

Fevralın 10-da prosesdə təqsirləndirilən şəxs qismində Emin Cami ifadə verib. O, azərbaycanlıların Rusiya Silahlı Qüvvələrinə qarşı Şimalı Qafqazda aparılan hərbi əməliyyatlarda hərbi birləşmələr tərkibində döyüşmələrinə haqq qazandırıb:

«Rusiyaya qarşı döyüşmək təklif olunanda əlüstü razılıq verdim».

Prosesdə digər təqsirləndirilən şəxs Zeynal Əkbərov yalnız oğurluq ittihamını qəbul edib:

«O biri ittihamlarla barışmıram, mən heç bir silahlı birləşmədə olmamışam, həmin ittihamlar saxtadır».

Təqsirləndirilən şəxs Mahir Abdullayev də qanunsuz silahlı birləşmələrdə iştirak ittihamını rədd edib. O, məhkəmənin nəzərinə çatdırıb ki, ibtidai istintaq zamanı işgəncələrə məruz qalıb.

Təqsirləndirilən Bəxtiyar Mustafayev isə ifadəsində göstərib ki, Bakıdakı xəstəxanalardan birində həkim işləyib. Heç bir qanunsuz silahlı birləşmədə olmayıb və onu dəstə üzvlərindən biri ilə əlaqəsinə görə həbs ediblər.

Məhkəmə prosesi fevralın 23-də davam etdiriləcək.

Hazırda mühakimə olunan 31 nəfər «Abdulla» ləqəbli Azər Misirxanovun rəhbərliyi ilə yaradılmış qanunsuz silahlı birləşmələr tərkibində Çeçenistanda rus ordusuna qarşı döyüşməkdə, Azərbaycanda neft kəmərini partlatmağa cəhddə, qanunsuz silah-sursat və narkotik maddələr əldə edib saxlamaqda təqsirləndirilirlər.

2009-cu ilin sentyabrında Azər Misirxanovun Əfqanıstanda öldürüldüyü barədə yerli KİV-də məlumat yayılıb.
XS
SM
MD
LG