Bu il Azərbaycanın dövlət büdcəsindən Bakı Metropoliteninin «Məşədi Əzizbəyov» stansiyasının yenidən qurulması üçün 6 milyon manat həcmində vəsait ayrılıb.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun sözlərinə görə, «Məşədi Əzizbəyov» stansiyasının bugünkü vəziyyəti heç kəsi qane etmir: «Müvafiq göstəriş əsasında stansiya yenidən qurulmalı və ikinci çıxışı da olmaqla əzəmətli formaya salınmalıdır».
T.Əhmədov bildirib ki, «Məşədi Əzizbəyov» stansiyasındakı yenidənqurma işləri «Azəryolservis» ASC və ya «Metrotikinti» Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək.
T.Əhmədov «Məşədi Əzizbəyov» stansiyanın adının dəyişdirilməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, hazırda stansiyanın adının dəyişdirilməsi ilə bağlı Bakı Metropoliteninə hər hansı müraciət olunmayıb. «Bunun üçün «Adqoyma komissiyası» var, həmin komissiyadan bizə belə bir müraciət daxil olmayıb»./APA/