Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:48

Helsinkidə dənizin çirklənməsi müzakirə ediləcək


Baltik dənizi ölkələrinin rəsmiləri fevralın 10-da Finlandiya paytaxtı Helsinkidə toplaşır, dənizin təmizlənməsi görüşün əsas müzakirə mövzusudur.

Sammit Finlandiyanın Baş naziri Matti Vanhanen təklifi ilə keçirilir, o bildirib ki, dənizin vəziyyəti narahatlıq doğurur.

Baltik dənizinə on illiklər boyu toksik maddələr, neft və digər tullantılar axıdılıb.

Helsinki Komissiyası 35 il əvvəl Baltik dənizi ölkələri tərəfindən, dənizin mühafizə olunması məqsədilə yaradılıb. Komissiya bu günkü görüşə ümidlə baxır.

Rusiya baş naziri ilə yanaşı sammitə Finlandiya, Danimarka, İsveç, Polşa, Almaniya, Latviya, Litva və Estoniyadan yüksək səviyyəli rəsmilər qatılacaq.
XS
SM
MD
LG