Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Obama İrana yeni sanksiya qoyulacağını deyir

ABŞ prezidenti Barak Obama İrana yeni sanksiya qoyulacağını bildirib. Buna səbəb İranın nüvə proqramını genişləndirmək qərarını verməsidir.

Obama beynəlxalq ictimaiyyətin İranın bu hərəkətinə qarşı olduğunu bildirib.

ABŞ prezidenti əlavə edib ki, Tehranın BMT planından imtina etməsi onun silahlanma kursu tutduğunu sübut edir.

Fevralın 9-da İranın dövlət televiziyası bildirib ki, İran tibbi məqsədlər üçün uranın 20 faiz zənginləşdirilməsinə başlayıb.
XS
SM
MD
LG