Keçid linkləri

2025, 07 Dekabr, bazar, Bakı vaxtı 13:36

Keşmiş nazirə 6 illik cəza kəsildi


İranın keçmiş sənaye naziri Behzad Nabaviyə 6 illik həbs cəzası verildi.

Onu keçən ilin iyununda keçirilmiş mübahisəli prezident seçkilərindən sonra baş verən iğtişaşlarda iştirakda təqsirli biliblər.

Nabavi 1985-89-cu illərdə o vaxtkı baş nazir, indiki müxalifət lideri Musəvinin hökumətində təmsil olunub.

Nabavi Musəvinin tərəfdarıdır və prezident Əhmədinejadı seçkini saxtalaşdırmaqda ittiham etmişdi.

XS
SM
MD
LG