Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Dünyanın ən hündür göydələnində qəza baş verib


Dubayda – dünyanın ən hündür göydələni, "Xəlifə bürcünə" qalxan turistlər əvvəlcə kiçik partlayışı xatırladan səs eşidiblər, daha sonra liftin 124-cü mərtəbədəki qapılarından tüstü çıxıb.

15 nəfər liftdə qalıb və xilasedicilər həyəcan içində olan həmin şəxsləri yalnız 45 dəqiqədən sonra liftdən çıxara biliblər.

Binaya qalxıb şəhərə baxmaq üçün nəzərdə tutulan yerdə -124-cü mərtəbədə daha 60 nəfər olub və onlar da panikaya düşüblər.

Hündürlüyü 800 metrdən çox olan bina insidentdən sonra ziyarətçilərin üzünə bağlanıb.

Hadisənin səbəbləri barədə hələ ki açıqlama verilməyib.

Bir neçə həftə qabaq göydələnin təntənəli açılış mərasimi keçirilmişdi.
XS
SM
MD
LG