Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 02:57
Azadlıq Radiosunun «İşdən sonra» proqramında mədəniyyət, ədəbiyyat və elm sahəsində dövlət mükafatlarını paylayacaq komissiyanın tərkibinin və əsasnaməsinin təsdiq edilməsi müzakirə edilib. Proqramın qonaqları olan bəstəkar Elmir Mirzəyev və kulturoloq Aydın Xan Əbilov məsələyə münasibətlərini bildiriblər.

Elmir Mirzəyev:

- Doğrusunu deyim, mənə dedilər ki, biabırçı adlar dondurulub. Mən Elçibəy dövründən düşünürdüm ki, bizim nəsildən olan insanların heç ağlına gəlməzdi ki, xalq artisti olsun. Mənə elə gəlirdi bunlardan könüllü imtina ediləcək, amma gördüm heç kim imtina etmir. Dövlətin hansısa mükafat yaratmaq istəməsi müsbət haldır. Lakin xaricdə olan bu tipli mükafatların böyük hissəsi dövlətlə bağlı deyil. Hansısa fondlarla bağlıdır. Mən inanmıram ki, bu mükafat hansısa çevriliş yaratsın. Cəmiyyətdə nəinki nəqliyyatın, heç mədəni həyatın infrastrukturu da qurulmayıb.

«Biz yorulmuşuq cəmiyyətə havayı məhsul verməkdən». Bunu isə Aydın Xan Əbilov deyib:

Aydın Xan Əbilov
- Keçid dövrünü yaşayan və ya adlayan dövlətin bu addımını müsbət qiymətləndirmək lazımdır. Bu mükafatın qarşıdakı illərdə normal həyata keçmə mexanizmini tapa bilsək, bizə böyük köməkliyi ola bilər. Yaradıcı insanları bu mükafat silkələyir. Rəqabət gözəldir. Problem bizim ictimai düşüncəmizdədir.

Elmir Mirzəyev isə bildirib:

- SSRİ–dən sonra bizim cəmiyyətin yeni modeli quruldumu? Bu yeni model yaranmayacaqdısa niyə sovet sistemini dağıtdıq? Onda sovetin nəyi pis idi? Yenə də ziyalı adlanan təbəqənin rolu 70–ci illərdəki kimi olacaqdısa niyə dəyişdik? 70–ci illər qalıb, həmin dövrlər qalıb.

Yazıçı Əli Əkbər də telefonla proqrama qoşulub. O nələri açıqladı?

Prezident hansı Azərbaycan yazıçılarının kitablarını oxuyur?

Dövlət mükafatı komissiyasına təyin edilmələrindən kimlərin xəbəri yox idi?

BÜTÜN BUNLARI PROQRAMI DİNLƏMƏKLƏ BİLƏCƏKSİNİZ.

Sənin fikrin

Şərhləri göstər

Buna da bax:

XS
SM
MD
LG