Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:42

Timoşenkonun partiyası məhkəməyə üz tutacaq


Ukraynada prezidentliyə namizəd Yuliya Timoşenkonun partiyasından deyiblər ki, bazar günkü seçkilərdə geniş miqyaslı saxtakarlıqlar olub və onlar seçkilərin nəticələri ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədirlər.

Səslər demək olar ki, tam sayılıb və ikinci turda Timoşenkonun öz rəqibi Yanukoviçə uduzduğu görünür.

Timoşenkonun partiyasından deyiblər ki, onlar bəzi bölgələrdəki nəticələrin yenidən sayılmasını tələb edəcəklər və daha sonra ümumilikdə bütün nəticələrlə bağlı məhkəməyə müraciət edəcəklər.

Beynəlxalq müşahidəçilər seçkilərin demokratik keçdiyini bildirblər.
XS
SM
MD
LG