Keçid linkləri

2024, 15 İyun, şənbə, Bakı vaxtı 08:37

"Toyota" ən populyar modelini geri çağırır


Yaponiyanın "Toyota" şirkəti dünya ölkələri üzrə daha yarım milyon avtomobili geri çağırıb. Bura onun ən populyar modeli "Prius" da daxildir.

Şirkət avtomobillərdəki əyləc sistemini düzəltmək istəyir.

Bundan qabaq "Toyota" qaz pedalındakı problemə görə 8 milyon avtomobili geri çağırmışdı.

Bütün dünyada "Toyota"nı kəskin tənqid edirlər. Şirkət isə bunu özünün məsuliyyətli olması ilə əlaqələndirir.

XS
SM
MD
LG