Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:41

Məktəblərdə meyvə- tərəvəz bazarı


Bizim yol:
Sifarişlə işləyən hakimlər cəzalandırıldı

Məhkəmə Hüquq Şurasın 3 hakimin səlahiyyətinə xitam verdi, 9 hakim töhmət, 2 hakim isə xəbərdarlıq aldı.
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, sabiq səhiyyə naziri Əli İnsanov, Akif Muradverdiyev, «Yeni Fikir» Gənclər Təşkilatının rəhbəri Ruslan Bəşirlinin barəsində də həbs qəti imkan tədbirini seçilməsi ilə bağlı qərarların verilməsi yuxarıda adları çəkilən hakimlərlə bağlıdır.
Müzəffər Baxışov bildirdi ki, ədalətsiz qərarlar qəbul edən hakimlərin cinayət törətmələrinə baxmayaraq, onların barəsində heç bir tədbir görülməyib: «Azərbaycanda bir dənə də olsun hakim cinayət məsuliyyətinə cəlb edilməyib. Bütün bunlar vətəndaşda şübhə yaradarı ki, hakim törətdiyi cinayət görə, cinayət məsuliyyətinə cəlb edilmir».
Hüquq müdafiəçisi bildirdi ki, Məhkəmə Hüquq Şurasının hakimlər barəsində sonuncu qərarı ədalətlidir və həmin adı çəkilən hakimlər ciddi qanun pozuntularına yol veriblər.

Azadlıq:
Məktəblərdə meyvə- tərəvəz bazarı

Nabatəli Qulaməlioğlu: «Təhsil Nazirliyi belə qərar versə, yerli icra hakimiyyəti orqanlarından kiminsə qohumu gəlib o sahəni ələ keçirəcək və deyəcək ki, bura mənim rayonumdur və bildiyim kimi satacağam».
Rövşən Agayev: «Bu tip ticarətlərin yaradılması, məktəbdən kənar ləvazimatların, meyvə- tərəvəzin satışı konkret konkret maraqlara xidmət edir və kkimlərsə bu yolla öz biznesini qurmaq istəyir».
Məqsəd isə məktəblərin vitaminli qidalarla təmin edilməsidir.Ekspertlərin fikrincə, məktəblərin qayğısına qalmaq istəyən hökümət bunu başqa yolla da edə bilər.

Azərbaycan:
Bakıətrafı qəsəbələrin nəqliyyat problemləri nə vaxt həllini tapacaq?


Daim inkişafda olan, əhalisinin sayı yüksələn paytaxtın qayğıları da durmadan artır. "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı" çərçivəsində kompleks tədbirlərin həyata keçirilməsinə baxmayaraq paytaxtın nəqliyyat problemləri sözün əsil mənasında, sakinlərin ən böyük qayğılarıdır.
Bitib-tükənmək bilməyən bu çətinliklər ayrı-ayrı marşrut avtobusları sürücülərinin qeyri-peşəkarlığı, sərnişinlərlə kobud rəftarları, marşrut xəttinin hərəkət qrafiki qaydalarını pozmaları, hətta bəzilərinin sürücülük vəsiqəsinin olmamaları, habelə marşrut sahiblərinin işçilərə nəzarətsizliyindən irəli gəlir. Bu səbəblərdən də hər gün ictimai nəqliyyat vasitələrindən istifadə edən paytaxt sakinləri nəqliyyatdakı problemlərdən əziyyət çəkir, sürücülərin özbaşınalıqları ilə qarşılaşırlar. Bu sırada ən çox əziyyət çəkənlər isə Bakıətrafı qəsəbələrin sakinləridir.
Bir sözlə, dövlətin gördüyü bütün tədbirlərə baxmayaraq, paytaxtın nəqliyyat problemləri bitib-tükənmir. Çətinliklər yalnız kiçiktutumlu avtobusların hələ də fəaliyyətdə olması ilə deyil, sürücü və dispetçerlərin nəzarətsizliyindən irəli gəlir.

Yeni Azərbaycan:
Qar yağması təbii fəlakətdir, yoxsa... bərəkət!

Tanrıverdi Mustafayev: «Rayonların bir hissəsində yaranmış problem «Azərenerji»dən alınan elektrik enerjisinin tələbata uyğun olmaması ilə əlaqəlidir».

Ələkbər Baxşəliyev: «Bakının bəzi ərazilərində elektrik enerjisi təchizatındakı problemlərə görə məsuliyyəti «Bakıelektrikşəbəkə» daşıyır».
Kimdir müqəssir:

Azərenerji ASC –nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev hazırda ölkənin elektrik enerjisi ilə təminatı sahəsində ən ciddi problemlərin cənub bölgəsində olduğunu söylədi. Ələkbər müəllimin açıqlamasından belə nəticə alinir ki, aradan keçən bir ay əzində dəyişdirilən elektrik dirəkləri bir sutka yağan qara və əsən küləyə davam gətirmək gücündə olmayıb. Nəzərə alsaq ki, cənub bölgəsində yanvarın 2-4də baş verən təbii fəlakət nəticəsində qəzaya ugrayan dirəklərin əksəriyyəti 1961-ci ildə respublikamızın elektrik təsərüffatının kütləvi yenidən qurulmasının yadigarıidi, onda əlavə şərhə ehtiyac qalmır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG