Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:30

Məktəb direktorunun müavini intihara cəhd edib


Samux rayonunun Kolayır kənd məktəbində direktor müavini işləyən 35 yaşlı Novruz Cabbarov həyatına qəsd etmək istəyib. Rayon Prokurorluğundan AzadlıqRadiosuna verilən məlumata görə, Novruz Cabbarov Göygölün Quşqar kəndində yaşayan bacısının evində özünü asıb. Lakin hadisədən xəbər tutan qohumları onun həyatını xilas edə biliblər.

Novruz Cabbarov xəstəxanaya yerləşdirilib və hazırda koma vəziyyətindədir. Bu səbəbdən də prokurorluq işçilərinə onun özünə qəsd etməsinin səbəblərini hələlik aydınlaşdırmaq mümkün olmayıb.

5 gün əvvəl Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi Nizami Səfərov yoxa çıxıb. İki gün sonra onun şam ağacından özünü asdığı məlum olub.
XS
SM
MD
LG