Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:24

Bakını necə xilas edək? Sözünüz varsa canlı efirə (12-13:00) qoşulun!


Fevralın 10-da, saat 12-də AzadlıqRadiosunun «Can Bakı» proqramının canlı efirində bu mövzularda müzakirələr olacaq:

Birinci yarım saatda: Bakını necə xilas edək?

Tarix, Mədəni və Təbii İrsi Qoruma İctimai Nəzarət Komitəsi Bakıda tarix-mədəniyyət abidələrinin qorunması, bərpası və istifadəsi sahələrində son illərdə böhran vəziyyətinə çatmış əlverişsiz şəraitdən çıxmaq istiqamətində birgə hökumət fəaliyyəti əsaslarının təşkili üçün Təkliflər Paketi layihəsini hazırlayıb. Komitənin əlaqələndiricisi Aytəkin İmranova və «İçərişəhər» Qoruq İdarəsinin təmsilçisi qonağımız olacaq.

İkinci yarım saatda: Bakı Kiyevdən hansı seçki dərsi ala bilər?

Ukraynada keçirilən builki prezident seçkilərində müşahidəçi kimi iştirak edən Media Hüquqları Mərkəzi İB-nin rəhbəri Mətanət Müslümqızı və seçkini Bakıdan müşahidə edən «Zerkalo» qəzetinin müxbiri Ceyran Bayramova təəssüratlarını bizimlə bölüşəcək.

SMS-ləri bu nömrəyə göndərin: 050/744-10-17
Saat 12-dən 13-dək 436-77-41 saylı telefonlara zəng vurmaqla və efir@azadliqradiosu.az elektron ünvanına məktub yazmaqla müzakirəmizə qoşula da bilərsiniz.

Fevralın 10-da saat 12-dən 13-ə qədər canlı efirdən «Can Bakı» söyləyək!
XS
SM
MD
LG