Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 18:19

İran uran istehsalına başlayıb


Fevralın 9-dan İran 20 faiz zənginləşdirilmiş uranın istehsalına başlayıb. Məlumatı İranın «əl-Alam» dövlət televiziyası yayıb. Məlumatda bildirilir ki, proses Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin iştirakı ilə başlayıb.

ABŞ və Fransa rəsmiləri bildiriblər ki, nüvə proqramını genişləndirmək istəyən İrana yeni, sərt BMT sanksiyalarının tətbiqində israrlıdırlar.

İndiyə kimi mübahisəli nüvə proqramına görə BMT Tehrana 3 dəfə sanksiya qoyub.

Qərb İranın nüvə silahı hazırlayacağından narahatdır, Tehran isə dəfələrlə nüvə proqramının dinc məqsədli olduğunu bildirib.
XS
SM
MD
LG