Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 15:21

Fransa Rusiyaya hərə 800 milyon dollara desant daşıyan kreyserlər satır


Fransa Rusiyaya Mistral sinfinə aid olan təyyarə daşıyan 1 kreyserin satılmasına razılıq verib, daha 3 kreyserlə bağlı razılığa da ümid edir.

Bu, Rusiyayla NATO üzvü olan bir dövlətin arasındakı ilk silah alqı-satqısı müaqviləsidir.

Mistral gəmilərinin hər birinin dəyiri 600 milyon avro, təxminən 800 milyon dollardır. Bu kreyserlərdən vertolyot, tank və başqa hərbi texnika, o cümlədən 1 minə qədər canlı qüvvə daşımaq üçün desant çıxarma əəməliyyatlarında istifadə edilir.

Bu gəmilərinin satışı ehtimalıyla bağlı artıq Rusiyanımn Qara Dənizdəki qonşuları, xüsusən də Gürcüstan narahatlıqlarını bildirmişdilər.

Rusiya hərbçiləri dəfələrlə etiraf etmşdilər ki, 2008-ci ildəki Gürcüstanla müharibə zamanı bu tip gəmiləri olsaydı, daha çevik hərəkət edə bilərdilər.

XS
SM
MD
LG