Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:20

Daha bir beynəlxalq şirkət Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərir


Azərbaycanın ABŞ_dakı səfirliyi “Prescient Worldwide” şirkətinə etiraz edib.

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirir ki, buna səbəb ABŞ-ın “Prescient Worldwide” telefon şirkətinin rəsmi internet ünvanının beynəlxalq tariflər bölməsində Dağlıq Qarabağ Ermənistanın ərazisi kimi göstərilməsi olub.

Nazirliyin müvafiq göstərişi əsasında Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən telefon şirkətinin rəhbəri Riçard Minervinoya etiraz məktubu göndərilmiş, kobud səhvin düzəldilməsi və gələcəkdə belə səhvlərə yol verilməməsi tələb edilmişdir.

Cavab məktubunda R.Minervino rəhbərlik etdiyi şirkətin internet ünvanında məlumatın düzəldilməsi üçün müvafiq tədbirlərin görüldüyünü və gələcəkdə belə səhvlərin təkrarlanmayacağını bildirmişdir.
XS
SM
MD
LG