Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:42

Saakaşvili Gürcüstanla Ukraynanın ən böyük fərqini korrupsiyada görür


Ukrayna prezidenti Viktor Yuşşenko (sağda) həmkarı Mixeil Saakaşvili ilə Karpat dağlarında ailəvi istirahət zamanı, 5 yanvar 2005
Ukrayna prezidenti Viktor Yuşşenko (sağda) həmkarı Mixeil Saakaşvili ilə Karpat dağlarında ailəvi istirahət zamanı, 5 yanvar 2005
Fevralın 8-də Gürcüstan prezidenti Mixeil Saakaşvili parlamentdəki çoxluğun təmsilçiləri ilə görüşdə rəngli inqilabın taleyi baxımından ölkəsini Ukrayna ilə müqayisə edib. Dövlət televiziyası ilə yayılan həmin görüşdə Saakaşvili deyib ki, Gürcüstan Ukraynadan dərs almalı, onun səhvlərini təkrarlamamalıdır.

Ölkəsini Ukrayna ilə müqayisə edən prezident deyib ki, Gürcüstanda vətəndaşların gəlirləri artır, korrupsiya ilə kəskin mübarizə var, biznes-mühit yaxşılaşıb, iqtisadi azadlıqlar təmin edilir, vergi prosesi sadələşdirilib.

Saakaşvili Dünya Bankının hesabatlarından sitat gətirərək Gürcüstanla Ukraynanı bu cür müqayisə edib: “Korrupsiya ilə mübarizədə Gürcüstan dünyada birinci yerə çıxdı. Ukrayna isə bu göstəriciyə görə təəssüf ki, axırıcı yerlərdən birində qərar tutur. Dünya Bankının hesabatına görə keçən il biznes mühitinin vəziyyəti əsasında sıralamada Gürcüstan 11-ci, Rusiya, 120-ci, Ukrayna isə 112-ci olub. İqtisadi azadlıqlar sahəsində Gürcüstan 32-ci, Ukrayna 133-cü, Rusiya isə 134-cü yerdə gəlir.”

Gürcüstanın artıq bir keçmiş sovet respublikası olmadığını deyən Saakaşvili ölkəsini Ukrayna ilə müqayisə edərək daha sonra deyib: “Ukraynada hakimiyyət daxilində savitlik təmin edilə bilmədi. İmkanlar hakimiyyət qruparı arasında daxili siyasi mübarizəyə yönəldildi.”
Ukrayna prezidenti Viktor Yuşşenko (sağda) həmkarı Mixeil Saakaşvilini (solda) Kiyevdə qarşılayır, 19 noyabr 2009.

Gürcüstanın xilasının radikal islahatların davam etdirilməsində olduğunu deyən prezident Saakaşvili üçid etdiyini bildirib ki, yeni prezidentlə də münasibətləri saxlaya biləcəklər: “Hər iki namizədin seçki qərargahında bizim dostlarımız var.”

Saakaşvili Ukraynanın artıq keçmiş prezidenti sayıla biləcək Viktor Yuşşenko ilə eyni ildə 2004-cü ildə rəngli inqilbalardan sonra hakimiyyət başına gəliblər. Onlar həm də yaxın dostlar kimi tanınırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG