Keçid linkləri

2026, 10 May, bazar, Bakı vaxtı 03:28

Bakı və Yerevan Soçi görüşündəki razılığa əməl eləmir

Azərbaycan və Ermənistan “Madrid prinsipləri”nin razılaşdırılmayan bəndləri üzrə təkliflərini hələlik vasitəçilərə təqdim etməyiblər. ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov APA-ya belə deyib. R usiyalı həmsədr bu təklifləri alandan sonra regiona səfər edəcəklərini deyib.

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 25-də Soçidə keçirilən görüşündə Bakı və Yerevanın iki həftə ərzində “Madrid prinsipləri”nin mübahisəli bəndləri üzrə təkliflərini təqdim edəcəyi haqda razılıq əldə edilmişdi.
XS
SM
MD
LG