Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Universitet müəlliminin asılmış meyiti tapılıb


Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi və həmin universitetin kitabxana müdiri 62 yaşlı Nizami Səfərovun asılmış vəziyyətdə meyiti tapılıb.

Gəncə Şəhər Prokurorluğundan AzadlıqRadiosuna verilən məlumata görə, Nizami Səfərov fevralın 4-də evdən çıxıb və geri qayıtmayıb. Həmin tarixdən yaxınları onun axtarışına başlayıb. Dünən isə onun meyiti Gəncə şəhər «SOS» uşaq kəndinin ərazisindəki şam ağacından asılmış vəziyyətdə aşkar edilib.

İlkin ehtimallara görə, müəllim özünə qəsd edib. Faktla əlaqədar Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG