Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:48

Məhəmməd peyğəmbərin karikaturası polisin facebook səhifəsində


World -- Facebook PrtScr, 30Sep2009
World -- Facebook PrtScr, 30Sep2009
Norveç polisinin facebook səhifəsində yerləşdirilən karikatura ölkə paytaxtı Osloda qalmaqal yaradıb.

Bazar ertəsi şəhərdə yüzlərlə taksi maşını işi dayandırıb. Lakin əsasən müsəlman mənşəli sürücülərin etirazı polisə deyil yerli “Dagbladet” qəzetinə olub. Onlar iddia edirlər ki, qəzet Məhəmməd peyğəmbərin karikaturasının dərc edib.

Taksi sürücüləri mətbuata açıqlamalarında deyirlər ki, söz azadlığı tənqid üçün nəzərdə tutulub, insanların hisslərini təhqir etmək üçün yox.

Lakin “Dagbladet” qəzetinin verdiyi izahatda deyilir ki, onlar karikatura dərc etməyiblər, Norveç polisinin facebook səhifəsi haqda məqalə yazıblar. Məqalədə göstərilir ki, polisiin Facebook səhifəsində qəribə fotolar yerləşdirilir və nümumə kimi səhifənin ekrandan çəkilmiş fotosunu dərc ediblər.

Polisin facebook səhifəsindəki şəkillərdən biri də məhz Məhəmməd peyğmbərin karikaturası olub.

Polis rəhbərliyi deyir ki, Facebookda onların 5 mindən artıq “dostu” var. Karikaturanı onlardan biri yerləşdirib və beləliklə Facebookun qaydalarını pozub. Onun sözlərinə görə polis əməkdaşları mütəmadi olaraq Facebook səhifəsinin məzmununu yoxlayıb, belə foto və şərhləri pozurlar, amma Facebook istifadəçilərinin hərəkətlərinə görə məsuliiyət daşıya bilməzlər.

Taksi-qəzet-polis qarşıdurması davam etdikcə Osloda taksi dayanacaqlarında uzun növbələr yaranıb.

Norveç Facebookdan geniş istifadə edən ölkələrdən biridir. Burada hətta nazirliklərin və dövlət qurumlarının da bu populyar sosial şəbəkədə səhifələri var.
XS
SM
MD
LG