20 İL ƏRZİNDƏ RÜŞVƏT VERİRMİŞ
Britaniyanın silah nəhəngi BAE Systems rüşvət barədə ittihamları qəbul edərək çox böyük miqdarda cərimə ödəməyə razılaşıb. Şirkət ABŞ-a və Britaniyaya 450 milyon dollara qədər cərimə ödəyəcək.
Bu iş üzrə illər idi ki, transatlantik araşdırmalar gedirdi. Ittihama görə şirkət 20 il ərzində Çex Respublikası, Macarıstan, ABŞ və başqa ölkələrdən Səudiyyə Ərəbistanına döyüş təyyarələri, başqa hərbi ləvazimatlar göndərilməsi üçün rəsmiərə rüşvət verirmiş.
ABŞ-DAKI SƏFİR VƏ HƏRBİ HAVA QÜVVƏLƏRİNİN KOMANDANI RÜŞVƏT ALIRMIŞ
Vasitəçilik edən BAE rüşvət pullarını Karib və İsveçrədəki bank hesablarına köçürürmüş.
Məlumata görə şirkət Səudiyyə Ərəbistanın ABŞ-dakı o zamankı səfiri Prince Bandar bin Sultanın hesabına 2 milyon dollar pul köçürüb. Rüşvət alanlar sırasında ölkənin hərbi hava qüvvələrinin rəhbəri Turki bin Nasserin də adı çəkilir.
BAE 1999-cu ildə Tanzaniyaya radar sistemlərinin satılması zamanı Birləşmiş Krallıq qanunlarını pozduğunu da etiraf edib. Buna görə britaniyada cərimələri və Tanzaniyanın xeyriyyə fondlarına yardımlar ödəyəcək.
Əvvəllər BAE rüşvət ittihamlarını rədd edirdi. İndi isə rəsmi məlumat yayaraq keçmişdə baş vermiş bu qüsurlara görə üzüldüyünü və bütün ittihamları qəbul etdiyini bildirir. Şirkətin məlumatına görə sonuncu bu cür rüşvət layihəsi 2002-ci ildə baş verib, ondan sonra bunun qarşısı alınıb.
SƏUDİYƏ ƏRƏBİSTANIN TƏHDİDİ İLƏ TONİ BLEYER İSTİNTQAI DAYANDIRIB
Bu iş üzrə araşdırma britaniyada başlamışdı. Amma 2006-cı ildə SəudiyyəƏrəbistanı ilə əlaqələrə görə o zamankı Baş nazir Toni Bleyer istintaqı dayandırmışdı. Məhkəmədə elan edilən sənədlərə görə o zaman Səudiyyərəsmiləri buna görə Britaniyanı terrorizmlə mübarizə tədbirlərində əməkdaşlıqdan imtina edəcəkləri ilə hədələyiblər.
İndi Britaniyada müxalifət də hərəkətə keçib. Liberal deputatlar deyirlər ki, BAE günahları boynuna götürməklə ola bilər o zaman hökumətin də bu işdə hansısa rolu gizlədilir.
Britaniya prokurorları indi Avstriyanın Alfons Mensdorff-Pouilly şirkətinə qarşı da cinayət işi başlamağa hazırlaşır. Ittihama görə bu şirkət Çex Respublikası və Macarıstandan döyüş təyyarələrinin icarəyə götürülməsində BAE Systems şirkətinə məsləhərçilik edibmiş.
ABŞ-ın hüquq mühafizə orqanları da BAE işi başa çatsa da adı bu işə qarışmış bəzi şəxslərlə bağlı araşdırma aparacaqlarını bildiriblər.
BAE Systems pulunun əksər hissəsini ABŞ-da qazanır. O, Pentaqonun ən böyük podratçılarından hesab edilir.