Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Bakının işıq və su təchizatında problemlər hələ də qalır


Bakının iki böyük qəsəbəsində - Əhmədli və Yeni Günəşlidə hələ də elektrik enerjisi yoxdur.

Bu barədə Azadlıqradiosuna «Bakıelektrikşəbəkə»nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Elektrik enerjisinin fasilələrlə verilməsi səbəbindən şəhərin bir sıra yerlərində əhalinin su təchizatında da problemlər yaranıb. Binəqədi rayon Su İdarəsindən bildiriblər ki, elektrik enerjisi olmadığından su anbarlarını doldurmaq mümkün olmayıb.

Elektrik enerjisindəki fasilələr bəzi çörəkbişirmə müəssisələrinin fəaliyyətini dayandırıb. Ötən gündən başlayaraq Bakıda və ərtaf qəsəbələrdə çörək qıtlığı yaranıb.
XS
SM
MD
LG