Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:22

İranın son bəyanatı yaxşı başlanğıcdan xəbər verir


Tehranın onun nüvə proqramı üçün lazım olan uranı xaricdə zənginləşdirməyə hazır olması yaxşı başlanğıcdır, amma indi irəli getmək lazımdır.

Bunu Almaniyanın xarici işlər naziri Guido Westerwelle bu gün Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında deyib.

Amma o qeyd edib ki, Berlin Tehrana əl uzatmaqda davam etsə də bu hələlik bir nəticə verməyib.

Hətta İranın xarici işlər naziri Manuçöhr Motakkinin dünənki çıxışı da Berlininn mövqeyini dəyişməyib.

Motakki deyib ki, İran ona məxsus uranın 3-cü ölkədə zənginləşdirilməsi ilə bağlı dünya ölkələri ilə razılığa gəlməyin yaxşı əlamətlərini görür.
XS
SM
MD
LG