2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 22:09

Şimali Qafqazda azı 16 nəfər ölüb

Şimali Qafqazada baş vermiş ayrı-ayrı insidentlərdə Mahaçqala Daxili İşlər İdarəsinin rəisi də daxil olmaqla azı 16 adam ölüb.

Yaraqlılar dünən polis rəisi Ahmed Maqomedovun maşınını atəşə tutublar, nəticədə o, sürücüsü və 2 cangüdəni hadisə yerindəcə ölüblər.

Elə həmin gün İzberbaş şəhərində terror əleyhinə departamentin rəisi də öldürülüb.

Qonşu Çeçenistanda baş vermiş son qottuşmalarda isə 6 yaraqlı və 5 Rusiya əsgəri ölüb.


XS
SM
MD
LG