Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:27

İran dünya ölkələrilə razılaşmaya yaxın olduğunu deyir


İran ona məxsus uranın 3-cü ölkədə zənginləşdirilməsi ilə bağlı dünya ölkələri ilə razılığa gəlməyin yaxşı əlamətlərini görür.

Bunu İranın xarici işlər naziri Manuçöhr Mottaki Münhendə keçirilən təhlükəsizlik konfransında deyib.

Söhbət İranda olan az saflaşdırılmış uranın xaricə göndərilməsi və əvəzində İranın nüvə obyekti üçün həmin ölkədən nüvə yanacağı alınmasından gedir.

Qərb hesab edir ki, İran uran zənginləşdirilməsindən gizlicə nüvə silahının istehsalında da istifadə edə bilər.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG