Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Bakı hava limanı hələ də təyyarələri qəbul edə bilmir


Bakı hava limanı
Bakı hava limanı
Bakı hava limanı hələ də təyyarələri qəbul edə bilmir. Bu səbəbdən fevralın 6-da «Türk Hava Yolları»na məxsus İstanbul–Bakı reysilə uçan təyyarə Tbilisiyə enib.

«AzAL» Hava Yolları Qapalı Səhmdar Cəmiyyətin xidmət rəisi Məhərrəm Səfərli AzadlıqRadiosuna deyib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanda gücləndirilmiş iş rejimi davam edir:

«Bütün heyət səhərə qədər işləyib, uçuş zolağı tamamilə qar və buzdan təmizlənib. Artıq «Cargolux» şirkətinin bir təyyarəsi Bakı hava limanından Barselonaya uçub».

Hazırda Bakı-Dubay, Bakı-İstanbul, Bakı-Moskva, Bakı-Naxçıvan reysləri uçuşa hazırlanır. Amma qarlı hava ilə əlaqədar fevralın 5-də Bakıdan Parisə, Tehrana, Aktauya, Tbilisiyə, Rostova və Gəncəyə olan təyyarə reysləri fevralın 7-sinə, Bakı-Milan reysi isə fevralın 8-nə keçirilib.

Ötən gün Kiyevdən Bakıya uçan təyyarə isə hələ də Türkmənbaşı limanındadır. Günün sonunda unun Bakıya uçacağı gözlənilir.

Bundan başqa, bu gün Lənkəran hava limanından Moskvaya təyyarə reysi var. Hazırda Moskvaya uçacaq 160 sərnişin hava limanında gözləməkdədir.

Xidmət rəisi deyir ki, gecikən reyslərin sərnişinləri yemək və alkoqolsuz içkilərlə təmin olunmaqdadır:

«Reysləri təxirə salınan sərnişinlərin çoxu artıq evlərinə dönüb, dönməyə imkanı olmayanlar da yenə aeroportda gözləməkdə davam edirlər».
XS
SM
MD
LG