Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 07:10

UKraynada seçki kampaniyası başa çatıb


Ukraynada seçki kampaniyası rəsmi olaraq sona yetib.

Bazar günü keçiriləcək təkrar prezident seçkilərində indiki baş nazir Yuliya Timoşenko ilə Regionlar partiyasının lideri Viktor Yanukoviç mübarizə aparacaqlar.

Yanukoviç dünən Kiyevdə keçirilmiş nümayişdə Timoşenko üzərində qələbə çalacağını , sabah narıncıların hakimiyyətinə son qoyulacağını deyib.

Yuliya Timoşenko isə tərəfdarlarını Ukraynanın birliyinə dua etməyə çağırıb.

O bir daha Viktor Ynaukoviçi seçkini saxtalaşdırmağa cəhd göstərməkdə ittiham edib və bildirib ki, əgər bu baş versə tərəfdarlarını mübarizə çağıracaq.
XS
SM
MD
LG