Keçid linkləri

Təcili xəbərlər
2023, 03 İyun, şənbə, Bakı vaxtı 01:15

19 nəfər yıxılaraq xəsarət alıb


Bakıda qar
Bakıda yolların buz bağlaması nəticəsində xəsarət alan 19 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə «APA»ya Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkimin müavini Rauf Nağıyev məlumat verib.

Fevralın 5-dən 6-a keçən gecə yolların buz bağlaması nəticəsində 19 nəfər yıxılaraq xəsarət alıb. Həmin şəxslərin hamısı şəhərin müxtəlif xəstəxanalarına yerləşdiriliblər. Xəsarət alanalardan 11-i kişi, 8-i qadındır.

R. Nağıyev həmçinin, ötən gecə 3 paytaxt sakininin dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanalara yerləşdirildiyini qeyd edib.
XS
SM
MD
LG