Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

İrana təyyarə satan Britaniya şirkəti 17 milyon dollar cərimə ödəyəcək


ABŞ-ın Ədliyyə Nazirliyindən verilən məlumata görə İrana qanunsuz Boeing 747 təyyarəsi vermiş Britaniya hava yolları şirkəti cərimə ödəməyə razılaşıb.

Cərimənin məbləği 15 milyon dollardır. Razılaşmaya görə şirkət daha 2 milyon dollar məhkəmə cəriməsi ödəyəcək və beş il nəzarət altında saxlanacaq.

Balli Balli Aviation Ltd hava yolları şirkəti 2005-2008-ci illərdə İrana üç belə təyyarəni icarəyə vermişdi.
XS
SM
MD
LG