Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:07

Professorun təhsili yeni qiymətləndirmə modeli


Şahlar Əsgərov
Şahlar Əsgərov
Fevralın 5-də «İşdən sonra» proqramının ikinci hissəsinin qonağı professor Şahlar Əsgərov öz yeni təhsili qiymətləndirmə modeli barədə danışıb:

«Mən güman edirəm ki, təhsildə müəllim iki böyük işin öhdəsindən gəlməyi bacarmalıdır. Öz işini yaxşı bilməli və ədalətli qiymət yazmağı bacarmalıdır. Deyək ki, bizdə son zamanlar da demək olmaz bir neçə on ildir artıq qiymət biliyin göstəricisi deyil münasibətlərin göstəricisinə çevrilib. Bütün bunların nəticəsində düzgün olmayan qiymətləndirmə durur.

Fərz edin hər hansı bir dövlətdə 700 ballıq qiymətləndirmə şkalası ilə gənclərin biliyi ölçülür. 700-ü bölürük ikiyə. Qalır 350. Test sistemindən keçən gənclərin hamısı 700 bala yaxın yığıbsa deməli mükəmməl təhsil sistemi var. Əgər təhsil sistemində imtahan verənlər 350-dən 100 yuxarı, 100 aşağı yəni 450-250 arası bal yığırsa bu təhsil orta təhsil sistemidir. Amma aşağıdırsa xəstə təhsil sistemidir. Yeni təhsil sistemində qiymət geniş intervalda dəyişir».

Professor daha hansı təklifləri irəli sürdü?

Avropa təhsil sistemi ilə bizim təhsil sistemi arasında hansı fərqlər var?

DAHA ÇOX BİLMƏK İSTƏYİRSİNİZSƏ, PROQRAMIMIZI DİQQƏTLƏ DİNLƏYİN.

Buna da bax:

XS
SM
MD
LG