Keçid linkləri

2026, 09 Avqust, bazar, Bakı vaxtı 11:23

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı təbliğat-təşviqat kampaniyası başa çatır

Ukraynada bazar günü keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı təbliğat-təşviqat kampaniyası bu gün başa çatır.

Əsas namizədlər baş nazir Yulya Timoşenko ilə Regionlar Partiyasının lideri Viktor Yankoviç bu gün Kiyevdə ayrı-ayrılıqda mitinq keçirəcəklər. Hər iki namizəd bir-birlərini seçkiləri saxtalaşdırmağa cəhddə ittiham edirlər.

Prezident seçkilərinin ikinci turu fevralın 7-də olacaq.

XS
SM
MD
LG