Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Salman Rüşdinin əsərinə film çəkilir


Salman Rüşdi
Salman Rüşdi
Qalmaqallı Britaniya yazıçısı, “Şeytan ayələri” kitabına görə radikal islamçıların “ölümə məhkum etdiyi” Salman Rüşdi Hindistana gedib və ən populyar əsəri olan “Gecəyarı uşaqları” əsasında çəkiləcək filmi məşhur hind aktyorları ilə müzakirə edib.

Yazıçı baş rolda Azərbaycanda “Amid” kimi tanınan Amitabh Baççanı görmək istəyir.

Baş rollarda “Amid”in öz oğlu Abhişek Baççanla birgə çəkiləcəyi gözlənilir.

Salman Rüşdi Hindistanda olarkən “Amid”lə görüşüb.

68 yaşlı A.Baççan “Mumbay Mirror” qəzetinə yalnız bunu deyib: “Bəli görüşmüşük. Mən indi ssenariyə baxıram“.

Filmi Deepa Mehta çəkəcək.

O mətbuata deyib ki, Salman Rüşdi Mumbayda olarkən çox sərbəst hərəkət edib və bu zaman yazıçının nədənsə qorxduğunu, onun mühafizə edildiyini müşahidə etməyib. “O, səfərinin hər dəqiqəsindən həzz alırdı”.

Salman Rüşdi əslən Hindistandandır.

Amitabh Baççan
1981-ci ildə yazılan “Gecəyarı uşaqları” nüfuzlu Buker mükafatına layiq görülüb.

Əsər Britaniya müstəmləkəsi olan Hindistanın 1947-ci ildə müstəqillik əldə etməsi haqqındadır.

Baş qəhrəman Səlim Sinai həmin ilin 15 avqustunda – müstəqillik gününə keçən gecə dünyaya gəlib.

O, telepatdır və düşünür ki, həmin gecə doğulan uşaqlara vergi verilib.

Səlim həmin uşaqları bir araya toplamağa çalışır və verilən verginin mahiyyətini anlamağa çalışır.

Həmin uşaqlar Hindistanın müxtəlif bölgələrindəndir və süjet xətti yazıçıya çox rəngarəng milli və dini palitraya malik Hindistanın ilk müstəqillik illərində üzləşdiyi mədəni, siyasi, dini problemləri çılpaqlığı ilə təsvir etməyə imkan verir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG