Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:34

«Bəzi problemlərdə millətin özü də günahkardır»


Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
«Müxalifət olmaq YAP–a düşmən olmaq deyil, millətin düşüncələrini parlamentə çatdırmaqdır».

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı «İşdən sonra»da belə deyib. O, «parlament seçkilərinə kim hansı baqajla gedir» sualına cavab verib:

- Seçicilərin mövqelərini ciddi müdafiə edən deputatlardanam. Ola bilər kənardan elə görünmür. Milli Məclisdə gedən söhbətlərin rəsmi AzTV-də verilən məlumatlarına baxsanız məni orada görməzsiniz. Çünki kamera bizə çatanda dayanır, bizim bütün çıxışlar qayçılanır, hər halda bu subyektiv münasibətdir. Milli Məclisdə hökumətin də hesabatı dinlənilir, kifayət qədər problemlər də yer ayrılır. Qanunlar da qəbul edilir. Məsələ o qanunların necə həyata keçirilməsindədir. Qanun bir şəkildə qəbul edilib, cəmiyyətə başqa şəkildə çatdırılır. Qanun yaradıcılığı bir sistemdir. Bu həyatda tətbiq olunanda problemlər ortaya çıxır. Ən çətin problem odur ki, qanunlar necə işləyir. Çünki Milli Məclisin qanuna nəzarət orqanı yoxdur.

Sabir Rüstəmxanlı deyib ki, bəzi problemlərdə millətin özü də günahkardır:

- Burada deyirlər ki, hər xalq öz idarəçiliyinə aiddir. Sonra deyirlər millətin günahı yoxdur. Hakimiyyət günahkardır. Hakimiyyət də millətin içindən çıxır. Anormal şərait yaranır - hamı bir birindən şikayətlənir. Zaman gəlib ki, mən millətdən bütün dediklərimin əvəzində məni dəstəkləməsini istəmişəm, amma millət işarəyə bənddir. Mən millətim üçün lazım olan işi görüb onlardan dəstək ala bilmirəmsə, xəstə vəziyyət yaranır. .

Sabir Rüstəmxanlı İTV ilə bağlı suallara necə cavab verdi?

İttihamlara cavab nə oldu?

Sabir Rüstəmxanlı müxalifətdədirmi?

BUNU BİLMƏK ÜÇÜN PROQRAMI DİNLƏYİN
XS
SM
MD
LG